"Neftçi"nin yeni transferi Braziliya mətbuatına hədəflərdən danışdı

"Neftçi"nin yeni transferi Braziliya mətbuatına hədəflərdən danışdı

“Meydana çıxmağı və komanda yoldaşlarıma kömək etməyi səbirsizliklə gözləyirəm".

Mediasport xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Aleks Fernandeş deyib.

Braziliyalı vinger ölkəsinin mətbuatına açıqlama verib. 22 yaşlı futbolçu hədəfləri barədə nikbin danışıb:

"Komandamızın həm Azərbaycan Premyer Liqasında, həm də kubokda məqsədi var. Bu məni çox həvəsləndirir. Son iki oyunda qələbə qazanmışıq. Əminəm ki, bundan sonra da meydanda iradə, əzm göstərəcəyik".

Xatırladaq ki, "Neftçi" transfer hüquqları Rusiyanın "Baltika" klubuna məxsus Fernandeşi mövsümün sonunadək icarəyə götürüb.