"Şəfa"dan növbəti transfer - RƏSMİ

"Şəfa"dan növbəti transfer - RƏSMİ

"Şəfa" növbəti legioner transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Andrey Fernando Draqunu heyətinə qatıb.

26 yaşlı rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Draqu son olaraq "Unirea Sloboziya" klubunda çıxış edib.

O, karyerası ərzində "Vitorul Tarqu", "Botoşani" və "Universitatea Krayova" klublarının formasını geyinib.