"Fənərbağça" Dambrauskasla 3 illik müqaviləni razılaşdırmaq üzrədir
"Sabah" baş məşqçisi Valdas Dambrauskasla vidalaşmaq üzrədir.
"Mediasport" xəbər verir ki, litvalı mütəxəssis "Fənərbağça"nı çalışdırmağa hazırlaşır.
Bu barədə İtaliyanın "TuttoMercatoWeb" saytı məlumat yayıb. Bildirilib ki, tərəflər arasında intensiv danışıqlar aparılır.
Türkiyə nəhənginin baltikalı ilə 3 illik anlaşmanı razılaşdırmağa yaxın olduğu iddia edilir.
Xatırladaq ki, "bayquşlar"a 2025-ci ilin iyunundan rəhbərlik edən Dambrauskasın klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.

