Azərbaycan milli komandasının taleyini bu xanım müəyyən edəcək
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 18-də Bakıda DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində Andorra yığmasına qarşı keçirəcəyi oyununun hakimləri açıqlanıb.
"Mediasport" xəbər verir ki, qarşılaşmanı Bosniya və Herseqovinadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Baş hakim Vesna Miletiçin yan xətdə köməkçiləri Merima Homaraç və Nevena Markoviç olacaqlar.
Dördüncü hakim funksiyasını Senida Petak yerinə yetirəcək.
"Bank Respublika Arena"da baş tutacaq matç saat 17:00-da start götürəcək.
