Azərbaycan millisinin üzvü Kipr klubu ilə 4 illik müqavilə bağladı

Azərbaycan millisinin üzvü Kipr klubu ilə 4 illik müqavilə bağladı

"Neftçi"nin yetirməsi Murad Məmmədovun Kiprin "Pafos" klubuna keçidi rəsmiləşib.

"Mediasport" xəbər verir ki, U-21 Azərbaycan milli komandasının üzvü eyniadlı şəhərin təmsilçisi ilə 4 illik müqavilə bağlayıb.

20 yaşlı cinah oyunçusu 2030-cu ilin iyununa qədər "Pafos"a məxsus olacaq.

İstedadlı futbolçu son mövsüm "ağ-qaralar"ın heyətində ümumilikdə 19 oyuna 2 qol vurub.

Xatırladaq ki, başa çatan sezonda ölkə kubokunu qazanan "Pafos" yeni mövsüm UEFA Avropa Liqasında mübarizə aparacaq.

Keçidlə bağlı klubun açıqlamasında deyilir:

"Gənc yaşına baxmayaraq, futbolçu artıq həm ölkədaxili, həm də beynəlxalq səviyyədə dəyərli təcrübə qazanıb və Azərbaycan futbolunun ən perspektivli istedadlarından biri hesab olunur.

“Neftçi” akademiyasının yetirməsi olan Murad klubun inkişaf sistemindən keçərək əsas komandaya yüksəlib".