"Qəbələ" legionerini Slovakiyanın məşhur klubuna satdı - RƏSMİ

"Qəbələ" legionerini Slovakiyanın məşhur klubuna satdı - RƏSMİ

“Qəbələ” Prins Ovusu ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, bölgə klubu qanalı futbolçu ilə bağlı Slovakiyanın “DAK 1904” klubunun təklifini müsbət cavablandırıb.

Qeyd edək ki, 20 yaşlı vinger “Qəbələ”yə 2025-ci ilin iyulunda Qananın “Nayan” Akademiyasından cəlb olunub.

O, “qırmızı-qaralar”ın heyətində 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.