Azərbaycan klubu ingilis legioneri ilə müqavilə müddətini uzatmadı

Azərbaycan klubu ingilis legioneri ilə müqavilə müddətini uzatmadı

"Karvan-Yevlax"ı daha bir legioner tərk edib.

"Mediasport" xəbər verir ki, aranlılar bu dəfə Samuel Dürrantla vidalaşıblar.

24 yaşlı vingerlə başa çatan müqavilənin müddəti uzadılmayıb.

İngilis futbolçu bölgə klubunun heyətində başa çatan mövsüm 28 oyun keçirib, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, əyalət təmsilçisi onadək Kayl Spens, Pedro Mateuş, Qavi Tompson, Coy Slayd Mikels, Moise Nqvisani, Olavale Doyeni, İmani Barker, Emin Rüstəmov və Şakil Sno ilə yollarını ayırıb.

"Karvan-Yevlax" yeni mövsümdən Azərbaycan 1-ci Liqasında mübarizə aparacaq.