“Qəbələ” - “Turan Tovuz” oyununun keçiriləcəyi tarix açıqlandı

“Qəbələ” - “Turan Tovuz” oyununun keçiriləcəyi tarix açıqlandı

Azərbaycan Premyer Liqasının 14-cü turundan təxirə salınmış “Qəbələ” - “Turan Tovuz” matçının keçirilmə tarixi açıqlanıb.

"Mediasport" xəbər verir ki, qarşılaşma fevralın 24-də Qəbələ şəhər stadionunda baş tutacaq.

"CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq görüş saat 15:00-da başlanacaq.

Xatırladaq ki, oyun qatı duman səbəbindən dayandırılmışdı.