"Xoni Montielin oyunlara 100 faiz hazır olduğunu deyə bilmərəm"
"Montiel üzərində çox çalışır, məsuliyyətlə işləyir. Lakin onun oyunlara 100 faiz hazır olduğunu deyə bilmərəm".
"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis zədədən yeni qayıdan və uzun müddət futbolsuz qalan ispan vingerin hazırlığını yüksək qiymətləndirib.
Lakin çalışdırıcı onun tam hazır olmadığını vurğulayıb:
"Bu gün hansı futbolçudan soruşsan, tam hazıram deyəcək. Ancaq 2-3 oyunla futbolçu ideal vəziyyətdə ola bilməz. Montiel üzərində belə işləməyə davam etsə, yüksək səviyyəyə çatacaq".
Qeyd edək ki, Ağdam klubuna mövsümün əvvəlində qoşulan pireneyli ümumilikdə 7 oyuna çıxıb.
