Parisin bu klubu PSJ-ni Fransa Kubokundan kənarlaşdırdı - VİDEO
Fransa Kubokunda 1/16 final mərhələsinin görüşləri keçirilib.
"Mediasport" xəbər verir ki, ən böyük sensasiya yarışın son qalibi PSJ-nin turnirdən kənarlaşdırılması olub.
Luis Enrikenin rəhbərlik etdiyi son ölkə çempionu Paris derbisində həmşəhərlilərinə tarixində ilk dəfə məğlub olaraq kubokda mübarizəni dayandırıb.
"Paris" ikinci hissədə cütün taleyini həll edən yeganə qolla mərhələ adlayıb - 1:0.
