Murad Məmmədovun Kipr klubuna keçidinin təqdimatı edildi

 Murad Məmmədovun Kipr klubuna keçidinin təqdimatı edildi

Kiprin “Pafos” futbol klubunda "Neftçi"dən heyətə qatılan Murad Məmmədovun təqdimatı baş tutub.

"Mediasport" xəbər verir ki, klub rəhbərliyinin vingerlər görüşündən hazırlanmış videoçarx sosial şəbəkə hesablarında paylaşılıb.

Azərbaycanın U-21 milli komandasının üzvü yeni klubunda 47 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, "Neftçi"nin yetirməsi bugünlərdə kiprlilərlə 4 illik müqavilə bağlayıb.