Premyer Liqa klubumuz nigeriyalı müdafiəçi ilə müqavilə bağladı

Premyer Liqaya hazırlaşan “Karvan” heyətinə yeni futbolçu cəlb edib.
"Mediasport" xəbər verir ki, Yevlax təmsilçisi Olavale Doyeni ilə anlaşıb.
Nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
21 yaşlı mərkəz müdafiəçisi son olaraq ölkəsinin “Plato Yunayted” klubunda forma geyinib.
Xatırladaq ki, aranlılar onadək Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Vaskes Rollo, Kayl Spens və Qavi Tompsonla gücləniblər.