Premyer Liqa klubundan ayrılan futbolçu 1-ci Liqada oynayacaq

 Premyer Liqa klubundan ayrılan futbolçu 1-ci Liqada oynayacaq

2026/2027-ci illər mövsümü üçün çalışmalarını davam etdirən “Səbail” heyətinə daha bir oyunçu qatıb.

"Mediasport" xəbər verir ki, Bayıl klubu Pərviz Azadovu transfer edib.

“Şəfa”dan ayrılan 25 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

O, daha əvvəl Premyer Liqada “Keşlə” və “Zirə”də forma geyinib.