"Sabah" futbolçusunu KL-də potensial rəqibi olan kluba verdi
"Sabah"ın futbolçusu Andrey Santos Gürcüstanda oynayacaq.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı müdafiəçini "İberiya" klubuna icarəyə verib.
21 yaşlı cənubi amerikalı Gürcüstan çempionatında mövsüm başa çatana kimi Tbilisi klubunun formasını geyinəcək.
Qeyd edək ki, "bayquşlar"ın heyətində 2025-ci ildə qoşulmuş Santos indiyədək 8 rəsmi matçda meydana çıxıb.
Xatırladaq ki, "İberiya"nın baş məşqçisi "Araz-Naxçıvan"dan ayrılan Andrey Demçenkodur.
Bu komanda "Sabah"ın Konfrans Liqasında potensial rəqibidir. Təmsilçimiz Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-ə (Uels) uduzsa, KL-in 2-ci təsnifat mərhələsində “Flora” (Estoniya) – “İberia 1999” (Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək.


