Premyer Liqa komandasının yeni bazası istifadəyə verildi - FOTOLAR

Premyer Liqa komandasının yeni bazası istifadəyə verildi - FOTOLAR

16 ildən sonra futbol üzrə Azərbaycan Premyer Liqasına qayıdan "Karvan"ın yeni bazasının tikintisi yekunlaşıb.

Yevlax klubundan "Mediasport"a verilən məlumata görə, bazada futbolçuların qalması, qidalanması, istirahəti və.s. üçün lazım olan bütün şərait yaradılıb.

İki mərtəbəli binanın birinci mərtəbəsi klub personalı, ikinci mərtəbəsi isə futbolçular üçün nəzərdə tutulub. Bugünlərdə bazanın açılışı reallaşacaq.

Qeyd edək ki, Yevlax şəhər stadionunda da yenidənqurma işləri aparılacaq, əsas meydança daha yaxşı təbii örtüklə əvəzlənəcək. Bundan əlavə, daha bir süni örtüklü meydança da salınacaq.