Premyer Liqanı tərk edəcək ilk komandanın adı dəqiqləşdi

Premyer Liqanı tərk edəcək ilk komandanın adı dəqiqləşdi

Futbol üzrə İngiltərə Premyer Liqasını mövsümün sonunda tərk edəcək bir komandanın adı dəqiqləşib.

"Mediasport" xəbər verir ki, "Vulverhempton" yeni mövsümə Çempionşipdə başlayacaq.

"Canavarlar"ın elita ilə vidalaşacağı 33-cü tur matçlarından sonra müəyyənləşib.

Turnir cədvəlinin sonuncu - 20-ci pilləsində yer alan komanda qalan 5 turun hamısında qələbə qazansa belə, aşağı düşəcək.

Aktivində 17 xalı olan "Vulverhempton"u "Börnli" və "Tottenhem" izləyir.