"Neftçi" və "Sumqayıtlılar" üçün Afrika Millətlər Kuboku yekunlaşdı
Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 finala yüksələn daha iki komanda məlum olub.
"Mediasport" xəbər verir ki, Misir və Nigeriya yığmaları 1/8 final görüşlərini qələbə ilə başa vurublar.
Məhəmməd Salahlı misirlilər "Neftçi"dən Sessi D`Almeyda və "Sumqayıt"dan Abdul Raşid Mumininin heyətində yer aldığı Benin millisini əlavə vaxtda vurduğu qollarla mübarizədən kənarlaşdırıb (1:1, 2:0).
Nigeriya isə 90 dəqiqə ərzində Mozambik futbolçularını darmadağın edib - 4:0.
Xatırladaq ki, daha əvvəl Seneqal, Mali, Mərakeş və Kamerun adını 1/4 finala yazdırıb.
Turnir yanvarın 18-də yekunlaşacaq.
