Luka Modriçin "Milan"la bağladığı müqavilənin ŞƏRTLƏRİ açıqlandı

Luka Modriçin "Milan"la bağladığı müqavilənin ŞƏRTLƏRİ açıqlandı

Dünya futbolunun canlı əfsanələrindən Luka Modriçin "Milan"la müqaviləsinin şərtləri açıqlanıb.

"Mediasport" xəbər verir ki, İtaliya nəhəngi 13 ildən sonra Madrid "Real"ından ayrılan yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlayıb.

39 yaşlı dünya ikincisinin illik məvacibi 3 milyon avro olacaq.

Xorvatiya yığmasının lideri 14 nömrəli formanı seçib.