"Qarabağ"ın yeni transfer Renaldo üçün ödədiyi məbləğ müəyyənləşdi

"Qarabağ"ın yeni transfer Renaldo üçün ödədiyi məbləğ müəyyənləşdi

"Qarabağ"ın "Pari Nijni Novqorod"dan transfer etdiyi Renaldo Sefas üçün görə Rusiya klubuna ödədiyi təzminat məbləği açıqlanıb.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi yamaykalı hücumçu üçün 880 min avro (təxminən 1,7 milyon manat) ödəyib.

Bu barədə "Transfermarkt" portalında məlumat yayılıb.

Xatırladaq ki, Premyer Liqa təmsilçisi 26 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalayıb.