RƏSMİ: İngiltərə Premyer Liqası Azərbaycanda canlı yayımlanacaq

RƏSMİ: İngiltərə Premyer Liqası Azərbaycanda canlı yayımlanacaq

İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün oyunları da Azərbaycanda canlı yayımlanacaq.

"Mediasport" xəbər verir ki, azarkeşlərin dünyanın ən maraqlı çempionatının matçlarını "İdman TV" vasitəsilə izləyə biləcəklər.

Telekanal məlumatı təsdiq edib.

Xatırladaq ki, kanal ötən mövsüm Premyer Liqanın yalnız bəzi qarşılaşmalarını canlı yayımla təqdim edirdi.

Liqa gələn həftə start götürəcək.