"Qarabağ"da pakistanlı futbolçu
“Qarabağ” heyətini Pakistanın U-17 milli komandasının futbolçusu Əbdül Səməd Xanla gücləndirib.
"Mediasport" xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
O, ölkəsinin POPO klubundan transfer olunub.
Əbdül Səməd əvvəlcə "Qarabağ" Akademiyasında forma geyinəcək.

