Luis Enrike pley-offda "Qarabağ"la qarşılaşmaq istədiklərini açıqladı
"Pley-offa çıxmağın nə qədər çətin olduğunu bilən bir komanda varsa, o da bizik. Ümid edirəm ki, pley-offda Fransa komandası ilə qarşılaşmayacağıq".
"Mediasport" xəbər verir ki, bu sözləri Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike deyib.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın potensial rəqibinin çalışdırıcısı Azərbaycan çempionu ilə üz-üzə gəlmək istədiklərini açıqlayıb:
"Həm “Monako”, həm də "Qarabağ"la qarşılaşmağa hazırıq. Lakin fransızlara qarşı oynamaqdan bezmişik. Başqa ölkəyə gedib "Qarabağ"la oynamaq daha yaxşıdır. Çətin səfərlərə öyrəşmişik".
Xatırladaq ki, pley-off mərhələsində Azərbaycan çempionunun rəqibi PSJ və ya “Nyukasl” olacaq. Püşkatma mərasimi sabah keçiriləcək.
