Qadın güləşçilərimiz dünya çempionatını medalsız başa vurdu
Bakıda güləş üzrə U-17 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın daha 5 qadın güləşçisi mübarizə aparıb.
Lakin Fatimə Bayramova (53 kq), Fidan Babayeva (61 kq), Simurə Abdullayeva (69 kq), Gülxanım Şirinova (40 kq) və Nuray Cəfərli (46 kq) yarışı erkən başa vurublar.
Xatırladaq ki, ötən gün yarışa qoşulan 4 qadın idmançımız da ümidləri doğrultmayıb.
Avqustun 2-dək keçiriləcək mundialda Azərbaycan ümumilikdə 29 güləşçi ilə təmsil olunacaq.


