"Qarabağ"ın oyun üslubu sabiq alman futbolçunu təəccübləndirib

"Qarabağ"ın oyun üslubu sabiq alman futbolçunu təəccübləndirib

"Düşünürəm ki, "Qarabağ"ın futbolçuları “Nyukasl”ın son oyunlarına baxmayıblar. Yoxsa niyə bütün oyunboyu möhtəşəm çıxış edən Entoni Qordona bu qədər boşluq verdilər?”

"Mediasport" xəbər verir ki, bu fikirlər 2004-2010-cu illərdə Almaniya millisinin formasını geyinmiş Tomas Hitslşpergerə məxsusdur.

“Match of the Day” proqramının eksperti olan veteran yarımmüdafiəçi Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la ilk oyunundakı üslubunun düzgün olmadığını qeyd edib:

“Açığı, “Qarabağ”ın birinci hissədə bu qədər irəlidə müdafiə olunmasına təəccübləndim. Xüsusən “Nyukasl” qollar vurduğu zaman komandanın xətti müdafiə sistemini qoruması anlaşılan olmadı. Nəticədə böyükhesablı məğlubiyyətlə üzləşdilər".

Qeyd edək ki, görüş “Nyukasl”ın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab matçı fevralın 24-də keçiriləcək.