"Qarabağ" Bəhlula əvəz tapdı - Braziliya klubuna dəvət göndərildi

"Qarabağ" Bəhlula əvəz tapdı - Braziliya klubuna dəvət göndərildi

Transfer çalışmalarını davam etdirən "Qarabağ" daha bir legioneri sıralarına qatmağa çalışır.

"Mediasport" xəbər verir ki, Kiprin "Omoniya" (Aradipu) klubundan fransalı vinger Jali Muaddiblə anlaşdığı deyilən Ağdam klubu bu dəfə mərkəz müdafiəçisi transfer etmək istəyir.

"Atlılar"ın bu məqsədlə Braziliyanın "Sport Resife" klubundan Marselo Ajulu heyətə cəlb etməyə səy göstərdikləri bildirilir.

Braziliya mətbuatı yazır ki, Azərbaycan çempionu 23 yaşlı "sambaçı"nın keçidi üçün qarşı tərəfə rəsmi təklif göndərib.

Səviyyəcə 2-ci liqa sayılan B Seriyasında yarışan klubla danışıqlar davam etdirilir.

Marselonun "Sport Resife" ilə müqaviləsi 2027-ci il dekabrın 31-nə qədərdir.