"Keyfiyyət baxımından keçən ildən daha güclüyük" - TAHİR GÖZƏL

"Keyfiyyət baxımından keçən ildən daha güclüyük" - TAHİR GÖZƏL

"Ötən mövsüm bizim üçün həqiqətən də xüsusi bir il idi. Həmin uğuru yenidən təkrarlamaq istəyirik. Hazırda komandamızda yaxşı futbolçular var".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın rezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun rəhbəri beynəlxalq AnewZ kanalına açıqlamasında komandanın cari vəziyyəti və qarşıdakı hədəflər barədə danışıb:

"Bir neçə futbolçu ilə yollarımızı ayırmışıq. Onların əvəzinə yeni futbolçular cəlb etmişik. Düşünürəm ki, keyfiyyət baxımından keçən ildən daha güclüyük.

Amma əsas çətinliyimiz odur ki, yeni futbolçuların oyun sisteminə uyğunlaşması üçün kifayət qədər vaxtımız olmayıb. Bu riskli olsa da, böyük nəticələr vəd edən strategiyadır.

Komandanı yeniləmək zəruri idi və biz qarşıdakı mövsümü səbirsizliklə gözləyirik. Hər mövsüm fərqlidir və yeni çağırışlar gətirir.

Ötən mövsüm əldə etdiyimiz nəticə bu il də eyni uğurun olacağı anlamına gəlmir. Ancaq məqsədimiz yenə də maksimum nəticə əldə etməkdir və bunun üçün əlimizdən gələni edəcəyik".