"Sabah"ın Avropa Liqasında potensial rəqibi müəyyənləşdi
UEFA Çempionlar Liqasında mübarizə aparan "Sabah"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində potensial rəqibi məlum olub.
"Mediasport" xəbər verir ki, "bayquşlar" Çl-in ikinci raundunda uduzsalar, AL-in 3-cü seçmə mərhələsində “Levski” (Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) cütünün məğlubu ilə qarşılaşacaqlar.
Xatırladaq ki, Valdas Dambrauskasın başçılıq etdiyi kollektiv ÇL-in 2-ci təsnifatında Finlandiyanın "KuPS" kollektivi ilə üz-üzə gələcək.


