"Qarabağ" avrokuboklarda bu mövsüm ən çox qələbə qazanan komandalar arasında 8-ci oldu

"Qarabağ" avrokuboklarda bu mövsüm ən çox qələbə qazanan komandalar arasında 8-ci oldu

Cari mövsüm avrokuboklarda təsnifat mərhələsindən indiyədək ən çox qələbə qazanna komandaların siyahısı açıqlanıb.

"Mediasport" xəbər verir ki, sıralamada Azərbaycan çempionu "Qarabağ" da ye ralıb.

Azərbaycan tarixində ilk dəfə UEFA Çempionlar Liqasında pley-offa vəsiqə qazanan Qurban Qurbanovun komandası 8 qələbə ilə 8-cı pillədə qərarlaşıb.

Avrokuboklarda bu mövsüm ən çox qələbə qazanan kolloektiv Danimarkanın "Midtyulland" komandasıdır - 11 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət.

Skandinavları 10 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə "Braqa" (Portuqaliya) izləyir.

Sıralamada 3-cü yeri 9 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə "Rakuv" (Polşa) tutur.