31 yaşında futbolçu karyerasını başa vurdu - Millidə işləyəcək

Bir neçə gün öncə peşəkar futbolçu karyerasını başa vuran Vüqar Mustafayevin yeni iş yeri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, son olaraq “Sumqayıt” formasını geyinən 31 yaşı yarımmüdafiəçi bundan sonra Azərbaycanın U-21 milli komandasında çalışacaq.
Baş məşqçi Ayxan Abbasov keçmiş futbolçunu özünə köməkçi götürüb.
Qeyd edək ki, 44 yaşlı mütəxəssis bir müddət əvvəl “Qarabağ“ın əvəzedici komandasının baş məşqçisi Cavad Mirzəyevi də yanında işə cəlb edib.
"Bakı", "Simurq", "Qarabağ" və "Zirə"də oynamış Vüqar Mustafayev 2019-cu ildən "Sumqayıt"da çıxış edib.