Əfsanəvi Banişevskinin təsviri "Neftçi"nin formalarında - VİDEO

Əfsanəvi Banişevskinin təsviri "Neftçi"nin formalarında - VİDEO

"Neftçi" 2025/2026-cı illər mövsümü üçün ev formasını təqdim edib.

"Mediasport" xəbər verir ki, yeni dəst klubun zəngin tarixindən ilhamlanan retro dizayn nümunəsidir.

Formanın üzərində 2026-cı ilin fevralında 80 illik yubileyi qeyd olunacaq klub əfsanəsi Anatoli Banişevskinin “İdeal futbolçu silueti” adlanan xüsusi təsviri yer alır. 

Köynəklər “Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv hazırlanıb.

Formanın arxa boyun hissəsinə işlənmiş xüsusi detal - 8 və 0 rəqəmlərinin incə birləşməsi həm 80 illik yubileyi, həm də əbədiyyəti simvolizə edir.