"Qarabağ"ın legionerləri ölkələrinin yığma komandalarına dəvət aldılar

“Qarabağ”ın azərbaycanlı futbolçuları ilə yanaşı, legionerləri də ölkələrinin yığma komandalarına dəvət alıblar.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinə 8 futbolçu göndərən Ağdam klubunun 4 əcnəbisi növbəti dəfə millyə cəlb olunub.
Yassin Benzianın formasını geyindiyi Əlcəzair seçməsi DÇ-2026-nın qrup mərhələsi çərçivəsində martın 21-də səfərdə Botsvana, beş gün sonra evdə Mozambiklə qarşılaşacaq.
Marko Yankoviç və Marko Veşoviçin şərəfini qoruduğu Monteneqro millisi DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində martın 22-də Cəbəllütariq, üç gün sonra Farer adalarını qəbul edəcək.
Patrik Andradenin oynadığı Kabo Verde yığması isə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində martın 20-də Mavrikini qonaq edəcək, 5 gün sonra Anqola səfərində meydana çıxacaq.