"Qarabağ"ın "Ferensvaroş"la matçlarının saatları dəqiqləşdi

"Qarabağ"ın "Ferensvaroş"la matçlarının saatları dəqiqləşdi

UEFA Çempionlar Liqasında pley-offa yüksələn "Qarabağ"ın Macarıstanın "Ferensvaroş" kollektivi ilə oyunlarının başlanma saatları dəqiqləşib.

"Mediasport" xəbər verir ki, ilk görüş avqustun 19-da Budapeştdə reallaşacaq və Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:45-də başlanacaq.

Xatırladaq ki, qalib tərəf Çempionlar Liqası, məğlub komanda isə Avropa Liqasının Liqa mərhələsində iştirak edəcək.