"Qarabağ" Antalyada Türkiyənin üç klubunun qapısından 23 top keçirdi

 "Qarabağ" Antalyada Türkiyənin üç klubunun qapısından 23 top keçirdi

"Qarabağ" Futbol Akademiyasının U-15 komandası Türkiyədə "Junior World Cup" turnirində iştirak edir.

"Mediasport" xəbər verir ki, Rauf Əliyevin baş məşqçisi olduğu kollektiv dünən başlanan yarışda artıq 5 görüş keçirib.

B qrupunda yer alan təmsilçimiz ilk matçda “Fulhem”ə (İngiltərə) uduzsa da (1:3), digərlərində inamlı qələbələr qazanıb.

“Qaziemir Gündoğan” (Türkiyə) və “Muratlı Yıldızspor” (Türkiyə) kollektivlərinin hər birinə 8 cavabsız qolla qalib gələn "Qarabağ" 7 top da "Göztəpə"yə vurub (7:1).

Komandamız "Rayo Valyekano" (İspaniya) ilə "sülh" bağlayıb - 1:1. Turnir davam edir.

Yarışda “Ştuttqart” (Almaniya), “Srvena Zvezda” (Serbiya), “Lex” (Polşa), “Aspire Akademi” (Qətər) və “Dinamo” (Tbilisi, Gürcüstan) kimi məşhur klublarınb akademiyaları olmaqla, ümumilikdə 24 kmanda mübarizə aparırlar.

Ağdam təmsilçisi səfərə 18 futbolçu ilə yollanıb: Cəfər Rəhmanov, Oktay Mehrəliyev, Yüzarsif Mehdiyev, Vaqif Nəbiyev, Roman Fərzəli, Arda Əzizli, İbrahim Sadıqlı, Davud Abdullayev, Xalid Hüseynov, Əhəd Hacızadə, Murad İsmayılov, Ömər Fətəliyev, Məhəmməd Məmmədov, Cavidan Əlizadə, Daniil Rəcəbov, Yunis İsmayılov, Samir Həsənov və Tunar Əsgərzadə.