"Qarabağ"ın "Şkendiya" ilə matçına satılan biletlərin sayı açıqlandı

"Qarabağ" avqustun 12-də UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bakıda "Şkendiya"nı qəbul edəcək.
"Mediasport" xəbər verir ki, "köhlən atlar"ın Şimali Makedoniya təmsilçisi ilə oyununa 14500 bilet satılıb.
Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək.
Xatırladaq ki, Skopyedə keçirilən ilk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb.