"Qarabağ" rekordunu təkrarladı

 "Qarabağ" rekordunu təkrarladı

“Qarabağ” Misli Premyer Liqasının 2024/25 mövsümündə 28-ci qələbəsini qazanıb.

"Mediasport" Qurban Qurbanovun yetirmələri sonuncu – XXXVI turda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib.

Səfərdəki üç xal Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. Bununla da “Qarabağ” mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb.

12 qat ölkə çempionu iki il əvvəl – 2022/23 mövsümündə də 28 qələbə əldə edib.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub.

“Neftçi” 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.