Azərbaycan millisinin sabiq üzvünün yeni klubu müəyyənləşdi
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq üzvü Dmitri Nağıyev Qırğızıstanda qalmağa qərar verib.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi Yüksək Liqa təmsilçisi “Toktoqul”da forma geyinəcək.
O, yeni komandası ilə 1 illik müqavilə bağlayıb.
Son mövsümü Qırğızıstanın digər təmsilçisi “Özkənd"də keçirmiş Nağıyev daha əvvəl "Dnepr", "Qarabağ" (Vyana), "Sumqayıt", "Kov de Pyedad", "Stumbrass", "Dinamo-Avto", "Sumqayıt", "İnqulets", "Obolon" və "Minay" klublarında oynayıb.
