"Qarabağ" və "Neftçi"nin sabiq üzvləri ölkə çempionu oldular

Futbol üzrə Macarıstan Super Liqasında 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "Ferensvaroş" tarixində ardıcıl 7-ci, ümumilikdə 36-cı dəfə ölkə çempionu olub.
İrlandiyalı məşhur Robbi Kinin baş məşqçisi olduğu kollektiv son turda "Dyor"u 2:1 hesabı ilə məğlub edərək mövsümü 69 xalla başa vurub.
Budapeşt təmsilçisi ən yaxın izləyicisi "Pușkaş Akademiyası"nı 3 xal qabaqlayıb.
Qeyd edək ki, qışda "Qarabağ"dan ayrılan Julio Romao və "Neftçi"nin keçmiş hücumçusu Mateus Saldanya "Ferensvaroş"un formasını geyinir.