Sensasiyaya imza atıb tarixlərində ilk dəfə kuboku qazandılar - VİDEO

Sensasiyaya imza atıb tarixlərində ilk dəfə kuboku qazandılar - VİDEO

Futbol üzrə Niderland Kubokunda 2024/2025-ci illlər mövsümün qalibi sürpriz komanda olub.

"Mediasport" xəbər verir ki, finalda favorit AZ-ı (Alkmaar) məğlub edən "Qo Ehed İqlz" tarixində ilk dəfə kubokda baş mükafata sahib çıxıb.

Rotterdamda baş tutan həlledici duelin əsas vaxtına artırılmış 9-cu dəqiqədə hesabı bərabərləşdirən 40 yaşlı Pol Simonisin komandası görüşü penaltilərədək uzadıb.

"Lotereya"larda 4:2 hesablı qələbə qazanan "Qo Ehed İqlz" bununla həm də növbəti mövsüm UEFA Avropa Liqasında iştirak hüququna yiyələnib