Millimiz İslandiya yığması ilə oyunun hazırlıqlarına başladı

Millimiz İslandiya yığması ilə oyunun hazırlıqlarına başladı

Sentyabrın 5-də Reykyavikdə futbol üzrə DÇ-2026-nın seçmə qrup mərhələsinin ilk turu çərçivəsində İslandiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi oyunun hazırlığına başlayıb.

"Mediasport" xəbər verir ki, komandamız Bakıda Mahir Emreli istisna, tam heyətlə məşqə çıxıb.

Almaniyanın "Kayzerslautern" klubunun heyətində zədəli olan 28 yaşlı forvard düşərgəyə sabah birbaşa İslandiyada qoşulacaq.

Xatırladaq ki, komandamız səfərə sabah səhər saatlarında yola düşəcək.

Görüş Bakı vaxtilə saat 22:45-də start götürəcək.