"Qarabağ"ın oyununa görə Bakı metrosunun iş saatı uzadılacaq

"Qarabağ"ın oyununa görə Bakı metrosunun iş saatı uzadılacaq

Sabah “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.

"Mediasport" xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə əsasən, “Gənclik” stansiyasına yaxın yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça görə metropolitendə gücləndirilmiş qrafik tətbiq olunaraq iş saatı uzadılacaq.

Metropolitenin əməliyyat planı və qarşılaşmaya azarkeş marağı nəzərə alınmaqla, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək.

Sərnişinlərin yönləndirilməsi və məlumatlandırılması üçün könüllülər cəlb olunacaq.

Zərurət yaranarsa, gün ərzində ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

"Qarabağ" - "Ayaks" matçı saat 21:45-də başlanacaq.