Yankoviç Monteneqroya gedir
"Qarabağ"ın futbolçusu Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə çağırılıb.
"Mediasport" xəbər verir ki, baş məşqçi Mirko Vuçiniç yarımmüdafiəçinin adını UEFA Millətlər Liqası matçları üçün siyahıya salıb.
Sentyabrın 25-də Kipr futbolçularını qəbul edəcək komanda 3 gün sonra İrəvanda Ermənistan seçməsinin qonağı olacaq.
Xatırladaq ki, Yankoviç 2016-cı ildən dəvət aldığı millidə 59 oyun keçirib, 1 qol vurub.
O, 2022-ci ildən Ağdam klubunun üzvüdür.

