"Qarabağ" onunla 1 illik müqavilə bağlayacaq - Şərtlər razılaşdırıldı

"Qarabağ" onunla 1 illik müqavilə bağlayacaq - Şərtlər razılaşdırıldı

2012-ci ildən "Qarabağ"da oynayan Bədavi Hüseynovun qarşıdakı karyerası ilə bağlı suala aydınlıq gətirilib.

"Mediasport" xəbər evrir ki, Ağdam klubu kapitanı ilə müqaviləni yeniləyəcək.

35 yaşlı müdafiəçi ilə 1 illik anlaşma razılaşdırılıb.

Yayda karyerasını başa vuracağı gözlənilən Hüseynov fiziki vəziyyətinin yaxşı olduğunu düşündüyü üçün davam etmək qərarı verib.

Rusiyada "Anji"nin yetirməsi olan təcrübəli futbolçu "atlılar"ın heyətində indiyədək 250-dən çox oyun keçirib, 5 qol vurub.