Kolumbiya milli komandası dünya çempionatının əsas mərhələsində

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan daha üç milli komanda müəyyənləşib.
"Mediasport" xəbər verir ki, bunlar Kolumbiya, Paraqvay və Ekvadordur.
Buna qədər Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Yeni Zelandiya, Uruqvay, həmçinin mundialı qəbul edən Kanada, ABŞ və Meksikanın final mərhələsində oynayacağı dəqiqləşib.
Xatırladaq ki, 48 komandanın iştirak edəcəyi dünya çempionatı gələn il keçiriləcək.