"Qarabağ"da növbəti İTKİ - İspan futbolçu məşqdə zədə aldı

UEFA Çempionlar Liqasında çətin "Benfika" səfərinə hazırlaşan "Qarabağ" daha bir itki ilə üzləşib.
"Mediasport" xəbər verir ki, Nəriman Axundzadənin ardından Ağdam klubunun yeni üzvlərindən Xoni Montiel də zədələnib.
Komandada debüt etməyə imkan tapmayan yeni transfer məşqdə zədə alıb və qarşıdakı 1 ayda müalicə kursu keçəcək.
Xatırladaq ki, Montielin adı "Qarabağ"ın ÇL-in əsas mərhələsinin matçları üçün sifariş ərizəsində yer almayıb.