"Qarabağ"ın bu yay 6-cı transferi kolumbiyalı vinger oldu - RƏSMİ

“Qarabağ” heyətini yeni legionerlə gücləndirib.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi Kamilo Duranla anlaşıb.
Məlumatı "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov təsdiq edib.
Hazırda Bakıda olan 23 yaşlı kolumbiyalı vingerlə müqavilə bu gün-sabah rəsmiləşəcək.
Portuqaliyanın “Portimonense” klubundan gətirilən cənubi amerikalı vaxtilə ölkəsinin U-20 milli komandasında forma geyinib.
Vətənində "İndependiente"nin (Medellin) yetirməsi olmuş universal futbolçu 2021-ci ildə Braziliya nəhəngi "Flamenqu"da icarədə oynayıb.
Daha sonra Portuqaliyada - "Lusitania" və "Eştrela"da çıxış edib.
Duran son mövsüm "Portimonense"nin heyətində 26 oyunda 5 qolla yadda qalıb.
Xatırladaq ki, Azərbaycan çempionu bu yay heyətinə Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku, Sami Mmae ("Dinamo", Xorvatiya, icarə) və Xoni Montieli cəlb edib.