FOTO: "Şkendiya"nın futbolçuları "Qarabağ"la oyun üçün Bakıdadır

"Qarabağ" sabah UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Şkendiya"nı qəbul edəcək.
"Mediasport" xəbər verir ki, Şimali Makedoniya təmsilçisi günorta saatlarında ölkəmizə səfər edib.
Xatırladaq ki, Azərbaycan çempionu ötən həftə Skopyedə keçirilən ilk matçda 1:0 hesablı qələbə qazanıb.
Cavab qarşılaşması sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.