"Sabah"ın ÇL oyununu məşhur rumın hakim idarə edəcək

"Sabah"ın ÇL oyununu məşhur rumın hakim idarə edəcək

Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda baş tutacaq "Sabah” - "Hapoel" Beer-Şeva (İsrail) matçının hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü Rumıniyadan olan hakimlər idarə edəcəklər.

Baş hakim məşhur İştvan Kovaç olacaq, ona yan xətlərdə Mihay Marika və Ferens Tunyoqi köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Şabolç Kovaç yerinə yetirəcək.

VAR-da almaniyalı Bastian Dankert, AVAR-da rumıniyalı Ketelin Popa işləyəcək.

Matç saat 20:45-də başlanacaq. Komandalar arasında ilk görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.