"Qarabağ" səfər oyunlarında daha təhlükəli komanda olur" - MİÇEL

"Qarabağ" səfər oyunlarında daha təhlükəlidir. Komandanın müdafiədən hücuma keçidi çox sürətlidir və bacarıqlı futbolçuları var".
"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın sabiq futbolçuus Miçel deyib.
2015-2020-ci illərdə Azərbaycan çempionunun heyətində 104 oyun keçirmiş ispan yarımmüdafiəçi "Onda Vasça" nəşrinə açıqlama verib.
Veteran futbolçu UEFA Çempionlar Liqasının 3-cü turu çərçivəsində baş tutacaq "Atletik" - "Qarabağ" matçı barədə düşüncələrini bölüşüb:
"Qurban Qurbanov çalışdığım ən yaxşı baş məşqçilərdən biridir. Yaxşı transferlər edirlər. Məncə, "Qarabağ" səfərdə daha təhlükəlidir. Portuqaliyada da bunu gördük".
Qeyd edək ki, "San Mames" stadionunda keçiriləcək görüş axşam saat 20:45-də start götürəcək.