"Qarabağ"ın Çempionlar Liqası rəqibi Bakıda dəstəksiz qalacaq
UEFA yanvarın 21-də Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Ayntraxt"ı cəzalandırıb.
"Mediasport" xəbər verir ki, buna Almaniya klubunun azarkeşləri səbəb olublar.
Frankfurt təmsilçisi Bakıda dəstəksiz qalacaq.
Alman fanatlar "Barselona" ilə ötən tur səfərdə keçirilən görüşdə (1:2) pirotexniki vasitələrdən istifadə ediblər.
Xatırladaq ki, "Ayntraxt"ın Azərbaycana 3 min azarkeş gətirəcəyi gözlənilirdi.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də start götürəcək.
