"Bu gün iki xalı itirdik" - Berdıyev

"Bu gün iki xalı itirdik" - Berdıyev

"Qol imkanlarımız oldu. Sadəcə, dəyərləndirə bilmədik. Rəqib bir dəfə də qapımıza zərbə vura bilmədi. Biz bu gün iki xalı itirdik".

"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 22-ci turunun "İmişli" (0:0) ilə oyunu haqda danışıb, jurnalistlərin suallarını ccavablandırıb.

Coş Cinelli və İbrahima Vacinin meydanda sizə xeyir verməsi üçün nə qədər zamana ehtiyacı var?

- Məşqlərdə bunun üzərində işləyirik. Fikirləşirəm ki, oyunlarda problemi aradan qaldıracağıq.

Qarşıda kubokda "Kəpəz" və çempionatda "Neftçi" ilə oyuna çıxacaqsınız. Qısa müddətdə iki ağır matç futbolçuları nə dərəcədə yora bilər?

- Futbolçuların fiziki vəziyyətləri qaneedicidir. Kubok matçına hazırlaşacağıq.

Aleks Souzanı mövsümün sonuna qədər saxlayıb daha sonra transferinə icazə vermək olmazdı?

- Xeyr, belə düşünmürük. Haqlı olaraq belə qərar vermişik.